Misirin paytaxtı Qahirə şəhərində qibtilərin kilsəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. Bunlar, əsasən qadınlar və uşaqlardır.
Bu barədə "CBC Extra" telekanalının efirində ölkənin səhiyyə naziri Əhməd İmad əd-Din Radı məlumat verib.
O, partlayışın, kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyini təsdiq edib.
Son məlumatlara görə, partlayış zamanı onlarla insan yaralanıb.
Misirinxa0Daxili İşlər Nazirliyindəki mənbə yaralıların çoxunun vəziyyətinin ağır olduğunu və bu səbəbdən ölənlərin sayının artacağını bildirib.(report)

































































































