On milyon abunəçi ordusu olan məşhur Braziliya modeli Alessandra Ambrosio pərəstişkarlarını bikinidə incə bir fiqurla sevindirib.
Bizim.Media xəbər verir ki, podium ulduzu Kaliforniyanın Malibu şəhərində tətil edərkən çəkilən yeni fotolarını “İnstagram”da paylaşıb.
İki uşaq anası, 39 yaşlı “Victoria's Secret”in mələyi səmimi kadrlarını tez-tez pərəstişkarlarının diqqətinə çatdırır.
Bu dəfə o, “bej” rəngli bikinidə, orijinal şapkada görsənib. Ambrossio fotolara "Bazar hissləri" qeydini yazıb.
Alessandranın şəkilləri yüz minə yaxın bəyənmə və maraqlı şərhlər toplayıb.
Bizim.Media