Oktyabrın 26-27-də Brüsseldə planlaşdırılan sammitdə Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Aİ yenə də regionumuza görə TOPLANIR – “Qərbdən obyektivlik gözləyə bilmərik”
Şarl Mişel bildirib ki, İsrail və Fələstin arasındakı münaqişə səbəbindən Ukraynaya yardım ləğv edilməyəcək.
O həmçinin qeyd edib ki, xarici siyasətlə bağlı digər məsələləri də, o cümlədən Priştina ilə Belqrad arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.
Bizim.Media