Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir şəhərində Xalqların Demokratik Partiyasının (HDP) qərargahı önündə bir qrup ananın etiraz mitinqi hələ də davam edir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi yayıb.
Mənbə yazır ki, uşaqları saxta yolla PKK terror təşkilatının sıralarında olan valideynlər onların qaçırılmasında HDP-ni günahlandırırlar.
Diyarbəkirdə bu aksiya ardıcıl 573-cü gün - 3 sentyabr 2019-cu il tarixindən keçirilir. Aksiyanın iştirakçısı, 6 il əvvəl Hakkari vilayətində terrorçular tərəfindən dağlara qaçırılan Roşatın anası Nacibe Çiftçi övladı ilə qovuşana qədər aksiyada iştirak edəcəyini söyləyib. Qaçırılan zamanı Roşat 16 yaşında olub.
Qadına görə, dörd uşaq atası olan böyük oğlu Sami Çiftçi də terrorçular tərəfindən qaçırılıb və daha sonra bu qanlı təşkilatı dəstəkləməkdən imtina etdiyi üçün öldürülüb.
“HDP və PKK-nın uşağımı geri gətirməsini istəyirəm. Dözülməz əziyyətlərimizə səbəb oldular. Yetər, bu ağrını artıq çəkə bilmərik. Biz anayız”. Çiftçi belə deyib.
Etirazçı oğlunu geri dönməyə və Türk səlahiyyətlilərinə təslim olmağa çağırıb.
Aksiyanın digər iştirakçısı Suheyla Dəmir qucağında kiçik bir uşağı ilə oturaq aksiyasında iştirak edir. Qızı Hayal 6 il əvvəl Ağrı vilayətindən terrorçular tərəfindən dağlara qaçırılıb.
Qadın aksiyanı davam etdirmək əzmini açıqlayıb.
“Qoy analar artıq ağlamasınlar. Gəlin birləşək, övladlarımızı bu xainlərdən uzaqlaşdıraq. İllər boyu analar göz yaşı tökdülər. Uşaqlar analarından, analar övladlarından uzaq yaşayırlar. Daha göz yaşı tökməyək”, deyən qadın qızını Türk səlahiyyətlilərinə təslim olmağa çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:45 / 29.03.2021
Diyarbəkirdə etiraz edən analar PKK-dan övladlarını geri istədilər
Hazırda oxunan: Diyarbəkirdə etiraz edən analar PKK-dan övladlarını geri istədilər
Hazırda oxunan: Diyarbəkirdə etiraz edən analar PKK-dan övladlarını geri istədilər
16134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.