İranyönümlü qüvvələr ABŞ bazalarına hücum etdi, Bayden çıxışını yarımçıq qoydu - FOTO/VİDEO 

Hazırda oxunan: İranyönümlü qüvvələr ABŞ bazalarına hücum etdi, Bayden çıxışını yarımçıq qoydu - FOTO/VİDEO 

161211

İranın Suriyadakı qüvvələri ABŞ bazalarına hücum edib. 

Bizim.Media xəbər verir ki, bəzi mənbələr ABŞ prezidenti Cozef Baydenin Suriya və İraqdakı Amerika bazalarının atəşə tutulması fonunda brifinq zamanı çıxışını yarımçıq kəsdiyini iddia edib.

Belə ki, hücumlar gerçəkləşən zaman Bayden anidən “Mənim həll etməli olduğum bir problem var, çıxışımı yekunlaşdırmaq məcburiyyətindəyəm” deyərək iclas zalını tərk edib.
Daha sonra isə “Reuters”in brifinqi canlı işıqlandıran müxbiri aydınlaşdırıb ki, Bayden tədbiri təcili olaraq deyil, Qəzza zolağı ətrafında eskalasiya ilə bağlı xəbərlərin müntəzəm müzakirəsi üçün tərk edib. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin