İsrail İranın bütün nüvə proqramını məhv etmək imkanındadır.
Bizim.Media xəbər verir ki, bu barədə “Israel Hayom daily” nəşrinə açıqlamasında İsrail Müdafiə Nazirliyinin strateji departamentinin rəisi, general Tal Kalman bildirib.
MÖVZU İLƏ BAĞLI:
İrandan İsrail gəmisinə raket zərbəsi... - TƏFƏRRÜAT
“Mən bunu transformasiya ili adlandırmaq istəmirəm, amma bu böyük dəyişikliklər ili oldu. İl Qasım Süleymaninin öldürülməsi ilə başladı və mənim şərh edə bilməyəcəyim seriya hadisələrlə davam etdi. Bu qüvvələr balansını olduqca müsbətə çevirdi”,-general deyib.
Tal Kalman qeyd edib ki, İsrail İranla dörd istiqamətdə işləyir. Bunlardan birincisi-“ekstremist rejimlə” mübarizədir. “Nə qədər ki, bu rejim İrana nəzarət edir, İsrail böyük problemlərlə qarşılaşacaq”,- o deyib.
İkinci istiqamət nüvə proqramıdır, üçüncüsü İranın hərbi potensialıdır, dördüncüsü isə İranın regional hökmranlığa can atmasıdır.
“Bu problemlər İsrail üçün misli görünməmiş çağırışlar təşkil edir. İran rejimi ilk növbədə öz stabilliyini sığortalamaq üçün nüvə silahı əldə etməyə can atır, lakin İsrail üçün bu, eksiztensial məsələdir”,-general bildirib.
Tal Kalman onu da deyib ki, İsrail bu vaxta qədər İrana nüvə silahı əldə etməyə imkan verməyib. “İran xalqı rejimin nüvə proqramını inkişaf etdirmək marağına görə çox yüksək qiymət ödəyəcək, lakin mən hesab edirəm ki, problem təkcə İsrailə aid deyil, həm də beynəlxalq ictimaiyyətin problemidir”,- o əlavə edib.
Qırıcı təyyarə pilotu olan Tal Kalman bu yaxınlarda Müdafiə Nazirliyinin strateji planlaşdırma Departamentinin rəsi təyin edilib. Departamentin vəzifəsi İrana qarşı mübarizədir.
Bizim.Media