İsrail HƏMAS-ın raket qüvvələrinin rəis müavinini məhv etdi

Hazırda oxunan: İsrail HƏMAS-ın raket qüvvələrinin rəis müavinini məhv etdi

160989

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza zolağına gecə zərbələri zamanı HƏMAS-ın raket qüvvələrinin rəis müavininin və bu təşkilatın onlarla obyektinin məhv edildiyini bildirib.

Bu barədə Bizim.Media TASS-a istinadən xəbər verir.

Həmçinin onlarla HƏMAS tərəfdarının öldürüldüyü də bildirilir.

Bundan əvvəl HƏMAS-ın Qəzza zolağında saxladığı girovların təsdiqlənmiş sayının 212-yə çatdığı açıqlanıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və 200-dən çox inası girov götürüb.

Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanıb və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin