Bu il Rusiya vətəndaşlığından imtina edənlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Bu il Rusiya vətəndaşlığından imtina edənlərin sayı AÇIQLANDI

160984

2023-cü ildə təxminən 4,4 min nəfər Rusiya vətəndaşlığından imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.

Mənbə qeyd edir ki, 2023-cü ilin ilk 9 ayında 15,1 min nəfər xaricdə Rusiya vətəndaşlığına qəbul edilib. Rusiya vətəndaşlığına qəbul edilənlərin böyük əksəriyyəti qarışıq nikahdan doğulan uşaqlardır. Həmin dövrdə Rusiya diplomatik nümayəndələri anadan olan 12,5 min uşağa vətəndaşlıq verib:
"Müqayisə üçün, 2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 23,5 və 13,6 min nəfər olub. Rusiya vətəndaşlığına xitam verilməsinə gəlincə, 2023-cü ildə 4,4 min nəfər Rusiya vətəndaşlığından imtina etmək arzusunu ifadə edib. Ötən ilin statistikası ilə müqayisə etsək, 2022-ci ilin yekununda bu göstərici 4,3 min nəfər olub”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin