Oktyabrın 20-də Rusiyada ölümcül Yeraltı Hipersonik Avangard Raket Sistemi işə salınıb.
Bizim.Media Rusiyanın Dövlət Agentliyinə istinadən xəbər verir ki, sözügedən raket səsdən təqribən 27 dəfə sürətlə hərəkət edir.
Qeyri-mümkün görünən bu raket sistemi yeraltı buraxılış qurğusundan atılır və saatda təxminən 32 min kilometr sürətlə hərəkət edir.
Yerin çevrəsinin 40 min 75 kilometr olduğunu nəzərə alsaq, raketin Yer kürəsini 3 dəqiqədən az vaxta dövr etdiyi iddia edilir. Hazırda dünyada belə bir raketi aşkar edə biləcək hava hücumundan müdafiə sistemi yoxdur.
Yuxarıda qeyd olunan məlumatlara əlavə olaraq, açıq mənbələrdəki qeydlərdə raketdə olan hover qurğusuna diqqət çəkilir.
Bu qurğu raketin yerləşdiyi atmosfer qatına uyğun hərəkət edir və səs sürətindən 27 dəfə yüksək sürətə çatmağa imkan verir.
Bundan əlavə, bu sistem sayəsində raket maksimum sürətlərdə belə manevr qabiliyyəti nümayiş etdirə bilir.
Bizim.Media