Ərdoğan NATO Baş katibi ilə Qəzzadakı vəziyyətdən danışıb

Hazırda oxunan: Ərdoğan NATO Baş katibi ilə Qəzzadakı vəziyyətdən danışıb

160934

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat verib. 

Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar. Onlar, həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər. 

Ərdoğan qeyd edib ki, Türkiyə regionda sabitliyin əldə olunması üçün bütün səyləri göstərməyə hazırdır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin