“Amerika Birləşmiş Ştatları Rusiya rəsmiləri ilə birbaşa təmasda olaraq, nüvə risklərinin azaldılması və silahlara nəzarət sahəsində yeni sazişlərin hazırlanması üzrə Rusiya Federasiyası ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib”.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın Moskvadakı səfirliyi “Kommersant” qəzetinə məlumat verib.
Səfirlik qeyd edib ki, Vaşinqton indi Moskvanı 2026-cı ildən sonrakı dövr üçün, yəni Strateji Hücum Silahları üzrə Müqavilənin (START, START III) müddəti başa çatdıqdan sonra nüvə risklərinin idarə edilməsinə və silahlara nəzarət çərçivəsinin hazırlanmasına cəlb etməyə hazırdır.
ABŞ səfirliyi bu müzakirələrə başlamağa hazır olduqlarını bildirsə də, Rusiya tərəfi təklifə cavab verməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:47 / 21.10.2023
Rusiya ABŞ-ın nüvə təhlükəsi ilə bağlı çağırışını CAVABSIZ QOYDU
Hazırda oxunan: Rusiya ABŞ-ın nüvə təhlükəsi ilə bağlı çağırışını CAVABSIZ QOYDU
Hazırda oxunan: Rusiya ABŞ-ın nüvə təhlükəsi ilə bağlı çağırışını CAVABSIZ QOYDU
160889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.