İsrail polisi İordan çayının qərb sahilindəki Nur Şəms qaçqın düşərgəsinə basqın edib.
Bizim.Media xəbər verir ki, reyd zamanı 10 polis əməkdaşı yaralanıb, 5 fələstinli isə həlak olub.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media