Hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqun Primorsk bölgəsindəki Paraşutnaya küçəsində yerləşən bir mənzilin eyvanından atəş açan şəxsi nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “smotrim.ru” saytı yayıb.
Bölgə polisinin hesabatına görə, dünən martın 27-də gecə yarısından sonra, kişi öz evinin eyvanına çıxaraq ov tüfəngindən atəş açmağa başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Tüfənglə havaya atəş açan şəxs tutuldu
Polislər 40 yaşlı davakarı şöbəyə aparıblar, orada xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib və cinayət işinin başlanılması barədə qərar qəbul edilməsi üçün materiallar hazırlanıb.
Məlum olduğu kimi, kişi rəsmi qeydiyyata alınan silahdan atəş açıb.
Hadisə yerindən ov tüfəngindən əlavə altı patron və 46 gilzə götürülüb.
Bizim.Media