Anastas Mikoyanın nəticəsi Moskva vilayətində öldürüldü - DETALLAR

Hazırda oxunan: Anastas Mikoyanın nəticəsi Moskva vilayətində öldürüldü - DETALLAR

160554

Məşhur musiqiçi Stas Naminin oğlu və qayınanası Moskva vilayətində öz kottecində bıçaqlanaraq öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, “Qorki Parkı” və “Çiçəklər” qruplarının yaradıcısı Stas Naminin oğlu Artyom Mikoyan və qayınanası Paraskoviya Tkaçenko Moskva vilayətində yaşadıqları kottecdə öldürülüb. Meyitlərin üzərində çoxsaylı bıçaq izləri aşkarlanıb.

Hadisə yerindən bıçaq və çəkic götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Artyomun böyük ögey qardaşı Roman Mikoyan saxlanılıb və hazırda dindirilir.

Stas Namin qayınanasını və oğlunu öldürən şəxsin - övladlığa götürdüyü Romanın “həmişə əclaf olduğunu” söyləyib.

“İndicə eşitdim. Bu dəhşətli faciədir! Roma heç vaxt mənim oğlum olmayıb, o, keçmiş həyat yoldaşım Qalinanın birinci evliliyindən olan oğludur. Həmişə ləyaqətsiz və əclaf olub”, – o, “Gazeta.ru”ya müsahibəsində deyib.

Xatırladaq ki, təqaüdçü qadının və onun nəvəsinin meyitləri Moskva yaxınlığındakı Kryukovo kəndindəki evlərində çoxsaylı bıçaq xəsarətləri ilə tapılıb. Cinayəti törətməkdə şübhəli bilinən qohumu saxlanılıb. Müstəntiqlər və kriminoloqlar hadisə yerinə baxış keçirirlər. Qəhvəyi rəngli maddə, bıçaq, çəkic və geyim əşyaları müsadirə edilib.
Daha sonra, oktyabrın 19-da “İzvestiya”dan olan mənbə bildirib ki, öldürülənlər məşhur rok musiqiçisi Naminin qayınanası və oğludur. Evin satılması ilə bağlı qohumlar arasında mübahisə yaranıb. Münaqişə zamanı nəvə nənəsini öldürüb, bundan sonra o, 30 yaşlı ögey qardaşına zəng edərək törətdiyini etiraf edib və hadisə yerinə gələndə onu da öldürüb. Daha sonra cinayətkar polisə zəng edərək, baş verənləri danışıb. 

Yaxın vaxtlarda məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçiləcək. Bundan əvvəl, 2007-ci ilin yanvarında Roman Moskvanın cənub-qərbində "Honda Accord" avtomobili ilə bir qadını da öldürmüşdü. Sonra o, iki il sınaq müddəti ilə canını qurtara bilib.

Xatırladaq ki, Stas Naminin əsl adı Anastas Mikoyandır. O, SSRİ Siyasi Bürosunun üzvü və bir sıra nazir postlarının icra etmiş babası Anastas Mikoyanın şərəfinə belə adlandırılıb.

Anastas Mikoyan 1918-1920-ci illərdə Azərbaycanda bolşevik fəaliyyəti göstərib, bədnam “26 Bakı komissarları”ndan biri olub, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda və sovet hakimiyyətinin qurulmasında iştirak edib.

 







Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin