İsrailin BMT-dəki nümayəndəsi: “Qəzzadakı xəstəxananı “İslami Cihad” vurub, sübutlarımız var” - VİDEO  

Hazırda oxunan: İsrailin BMT-dəki nümayəndəsi: “Qəzzadakı xəstəxananı “İslami Cihad” vurub, sübutlarımız var” - VİDEO  

160492

“Əl-Əhli xəstəxanası “İslami Cihad” birləşməsinin raketi ilə vurulub. Bizim əlimizdə bunun sübut da var”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən deyib. 

Erdan BMT Təhlükəsizlik Şurasının HƏMAS-ın İsrailə hücumlarını qınamadığına iradını da bildirib:

“BMT Təhlükəsizlik Şurası belə dəstəkverici mpvqeyi ilə HƏMAS-ın gələcəkdə də bu kimi hücumlarını davam etdirə biləcəyini nümayiş etdirir. 
 Xərçəngi müalicə etməyin yeganə yolu var. Onun hüceyrələrini məhv etmək. Odur ki, bu bəladan qurtulmağın yeganə yolu  İŞİD və Əl-Qaidə kimi HƏMAS-ı da xərçəng hüceyrələri kimi məhv etməkdir. Odur ki, yeganə çıxış yolu HƏMAS kimi şeytani bir qruplaşmanın aradan götürülməsidir”. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin