“Qışın sonuna kimi Minsk razılaşmalarını yerinə yetirməsə, Ukrayna dağılacaq”x9d.
Bunu “Luqansk Xalq Respublikası”x9d (“LXR”x9d) separatçı qurumun lideri İqor Plotnitski mətbuat konfransında deyib.
“Əgər Poroşenko qışın sonun akimi Minsk razılaşmalarını yerinə yetirməsə, deməli razılaşmaları növbəti prezident yerinə yetirəcək. Əks halda Ukrayna dağılacaq və yaranacaq xalq respublikalarını saymaq çətin olacaq”x9d, - İqor bildirib.
“LXR”x9din lideri əlavə edib ki, Kiyev Donbasda münaqişənin sülh yolu ilə həllində maraqlı deyil: “Ukrayna Donbas üçün öldü. Artıq heç bir Ukrayna olmayacaq. Əvvəllər real olanların hamısı öldü”x9d.
Daha əvvəl “Donetsk Xalq Respublikası”x9dnın başçısı Aleksandr Zaxarçenko bildirib ki, Donbasdakı qarşıdurma gec-tez qələbə ilə bitəcək. “Mən əminəm ki, öz qələbəmizi birlikdə qeyd edəcəyik. Bu, Varşavada, Berlində, Nyu-Yorkda olacaq”x9d, - deyə Zaxarçenko vurğulayıb.(Publika.azxa0)

































































































