İsrailin müdafiə nazirindən HƏMAS-a xəbərdarlıq: "Ya təslim olun, ya da ölün!"

Hazırda oxunan: İsrailin müdafiə nazirindən HƏMAS-a xəbərdarlıq: "Ya təslim olun, ya da ölün!"

160281

İsrailin müdafiə naziri Yoav Qallant növbəti dəfə HƏMAS-a xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, o, İsrailin HƏMAS-ı tamamilə məhv edəcək qədər raketlərinin olduğunu bildirib: “Bu raketlər hər bir HƏMAS üzvünə çata bilər. Onların iki yolu var: ya öz mövqelərində ölmək, ya da qeyd-şərtsiz təslim olmaq”.

Nazir deyib ki, HƏMAS üçün üçüncü variant yoxdur.

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 4 4229 adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin