Ermənistanda fırıldaqçılar “xeyriyyəçilik” adı altında Azərbaycanı tərk etmiş ermənilərin bank məlumatlarını ələ keçirməyə çalışırlar.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, belə dələduzluq sxemi son günlər yayılıb. Nazirlik qeyd edib ki, cinayətkarlar internet vasitəsilə guya xeyriyyə fonduna keçid linki göndərirlər.
İstifadəçilər linkə daxil olanda onların bütün bank kartı məlumatlarını (arxa tərəfdəki SVV kodu daxil olmaqla) doldurmaları xahiş olunur. Beləliklə, cinayətkarlar vətəndaşların maliyyə resurslarına çıxış əldə edirlər.
Daxili İşlər Nazirliyi vətəndaşları sosial şəbəkələrdə daha diqqətli olmağa və bu qəbildən olan mesajlara inanmamağa çağırıb. Xüsusən “kömək” təklif edilərkən bank kartının rekvizitlərini verməmələri tövsiyə olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:45 / 17.10.2023
Azərbaycanı könüllü tərk edən ermənilər Ermənistanda fırıldaqçılıqla üzləşirlər
Hazırda oxunan: Azərbaycanı könüllü tərk edən ermənilər Ermənistanda fırıldaqçılıqla üzləşirlər
Hazırda oxunan: Azərbaycanı könüllü tərk edən ermənilər Ermənistanda fırıldaqçılıqla üzləşirlər
160172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.