Ağ Ev İsrail və Ukraynaya hərbi yardımla bağlı Konqresdən vəsait istəyəcək

Hazırda oxunan: Ağ Ev İsrail və Ukraynaya hərbi yardımla bağlı Konqresdən vəsait istəyəcək

159995

ABŞ administrasiyası İsrail və Ukraynaya silah tədarükü üçün Konqresdən vəsait istəmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

ABŞ prezidentinin müşaviri qeyd edib ki, sorğu göndərilən məbləğ kifayət qədər böyük olacaq.
Onun sözlərinə görə, prezident Co Bayden gələn həftə bu məsələ ilə bağlı konqresmenlərlə əlaqə saxlayacaq.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin