İranda tükürpədici olay yaşanıb. Zorakılığa məruz qalaraq ərini öldürən və ölüm cəzası alan qadını öz qızı edam edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranda zorakılığa məruz qalan və ərini öldürən qadının qızı “qisasa qisas” düşüncəsi ilə verilən qan pulunu qəbul etməyib.
Beləliklə, anasının ölüm əmrini imzalayan qız öz əlləri ilə onu edam edib.
Qonşu ölkə bir daha “qisasa qisas” qaydasının ölkədə tətbiqi ilə bağlı gündəmə gəlib və ciddi müzakirələr yaradıb.
İddialara görə iranlı Məryəm Kərami şiddətə məruz qaldığı üçün ərindən boşanmaq istəyib. Əri isə bunu qəbul etməyərək ona şiddət göstərib. Nəticədə ölüm baş verib. Digər iddiya görə isə qadının ərini qayınatası qətlə yetirib.
Qeyd edək ki, İranda yaxınları öldürülən şəxslərə “qisasa qisas” prinsipi tətbiq olunur.
Yaxını öldürülən şəxs qətli törədəndən “qan pulu” tələb edə bilər. Şəxs öz seçimindən bu istiqamətdə istifadə etmirsə, ölüm hökmünü öz əli ilə tətbiq edə bilər.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:37 / 27.03.2021
Ölüm cəzası alan qadını qızı edam etdi - Tükürpədici OLAY dünyanı qarışdırdı
Hazırda oxunan: Ölüm cəzası alan qadını qızı edam etdi - Tükürpədici OLAY dünyanı qarışdırdı
Hazırda oxunan: Ölüm cəzası alan qadını qızı edam etdi - Tükürpədici OLAY dünyanı qarışdırdı
15966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.