Avropa İttifaqının QAÇILMAZ SONU – Birlik niyə DAĞILMAĞA MƏHKUMDUR?

Hazırda oxunan: Avropa İttifaqının QAÇILMAZ SONU – Birlik niyə DAĞILMAĞA MƏHKUMDUR?

159568

1991-ci ildə SSRİ dağıldı. Bununla da dünyadakı iki qlobal gücdən biri sıradan çıxarıldı. Meydanda ABŞ tək qaldı. Amma ABŞ-ın supergüc olmasını SSRİ-ni dağıdan Avropanın planlarına daxil deyildi. Ona görə də 1993-cü ildə Avropada yeni təşkilat Avropa İttifaqı təsis edildi.

Aİ niyə yaradıldı?

Maraqlıdır ki, Avropanın bir sıra ölkələri ilə yanaşı Böyük Britaniya da bu birliyin yaranmasında yaxından iştirak edib. Ümumi məqsədsə bu idi ki, ABŞ-ın beynəlxalq aləmdə qarşısında yeni güc yaransın. Ən əsası da Vaşinqtonun Avropaya təsir və təzyiqləri maksimum dərəcədə neytrallaşdırılsın.

Bu məqsədlərə nail olmaq üçün Aİ-nin nəinki vahid büdcəsi, həm də vahid pulu yaradıldı. 2002-ci ildən Aİ özünün vahid valyutasını - avronu dövriyyəyə buraxdı. Avro bazara girəndən sonra dolların dəyəri xeyli zəiflədi. Hətta bir zamanlar 1 avro 1,5 dollara yaxın idi. Beləcə, ilk illərdə Aİ öz məqsədlərinə az-çox nail oldu.

Vahid mövqedən çıxış edən Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və digər dövlətlər ABŞ-ın dünya hegemonluğunun qarşısına sədd çəkdilər. Ən azından Ağ Evdəkilər məcbur oldu ki, verdiyi qərarlarda Aİ-nin maraqları və mövqeyi nəzərə alınsın. Hətta bir müddət ABŞ-la Aİ eyni mövqedən çıxış edirdi.

Bir zamanlar zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrdə “ərəb baharı” adlı birgə layihələr həyata keçirdilər. Zəngin müsəlman dövlətlərinin sərvətləri birgə talan edildi. Lakin, Çinin və xüsusən də Türkiyənin yeni oyunçu kimi bazara girməsi ABŞ və Aİ-nin arasındakı ziddiyətləri açığa çıxardı. Nəticədə, Suriya ABŞ və Aİ-nin birgə taladığı sonuncu dövlət oldu.

İngilislərdən Aİ-yə arxadan zərbə

İki supergüc arasında mübarizə Böyük Britaniyanın Aİ-dən çıxmaq istəməsi fikrinin ortaya atılması ilə daha da dərinləşdi. 23 iyun 2016-cı ildə keçirilmiş referendumla Britaniya Avropa İttifaqından ayrılmağa qərar verdi. Beləcə Aİ-nin səfi pozuldu. ABŞ Aİ-ni parçalamaqla durmadı, həm də onun iqtisadi əsaslarını sarsıtmağa başladı. Nəzərə alaq ki, 2018-ci ildə Aİ-nin 18 trilyon 749 milyard dollarlıq ÜDM-i vardı. Lakin Böyük Britaniyanın Aİ-dən çıxması ilə ÜDM-nin həcmi xeyli azaldı. Üstəlik 2020-ci ilin əvvəllərində COVİD-19 pandemiyası Aİ-ni təsəvvüredilməz dərəcədə sarsıtdı.

Ukraynadakı müharibədə ABŞ-in ikinci planı nə idi?

Aİ-yə ikinci güclü zərbə isə Ukrayna-Rusiya müharibəsi oldu. Bu müharibə və pandemiya Aİ-də idarəolunmaz inflyasiya tüğyanı yaratdı. ABŞ müharibəni təşviq etməklə Aİ-nin qoşnuluğuna barıt çəlləyi yerləşdirdi. Ukraynadan gələn milyonlarla qaçqın və sanksiyalar hesabına Rusiya ilə əlaqələrin minimuma endirilməsi isə Aİ üçün əsl faciə oldu. Hazırda bir sıra Avropa ölkələrində inflyasiya 2 rəqəmlə ifadə olunur. Hətta bu ilin birinci yarısında İrlandiyada infilyasiya 20 faiz olub.

Aİ iqtisadiyyatında durğunluq

2022-ci ildə Aİ-nin ÜDM-i cəmi 0,4 faiz artıb. ABŞ-da bu rəqəm ötən il, 3,6, Çində isə 7 faizə yaxın olub.Belə demək mümkünsə Aİ ötən il yerində sayıb. Bəzi vacib göstəricilər üzrə isə hətta geriləyib. Məsələn son bir ildə avro ilə dolların dəyəri eyniləşib. Hazırda 1 avro 1,04 dollardır. Bu isə o deməkdir ki, Aİ-də böyük çöküş başlayıb.

Bu çöküşün digər göstəricisi isə ÜDM-nin kəskin azalmasıdır. 2022-ci ildə Aİ-nin ÜDM-I 16 trilyon 661 milyard dollar olub. Bu isə 2021-ci ildən 456 milyard, 2018-ci illə müqayisədə isə 2 trilyon dollar az deməkdir. Hazırda Aİ-nin əsas hədəfi ÜDM-ni pandemiyadan əvvəlki səviyyəyə çatdırmaqdır. Amma bu heç də inandırıcı görünmür. Pul siyasətində ciddi problem var. Problem odur ki, iqtisadiyyatın imkanları inflyasiyaya qarşı mübarizə aparmaq üçün yetərli deyil.

Məsələn, bu ilin 6 ayında ABŞ-da qiymət artımı 3,5% yavaşlasa da, avrozonada hələ də illik infilyasiya ortalama 5,5% təşkil edir. Üstəlik, İttifaqın aparıcı gücü olan Almaniyada iyunda inflyasiya 6,8%-ə yüksəlib. Sonuncu dəfə Almaniya belə vəziyyətlə 1980-ci illərin əvvəllərində üzləşib. İttifaqın iki ən böyük iqtisadiyyatına malik Fransada vəziyyət çox çətindir. Hələlik Fransada vəziyyət idarə olunan olsa da Almaniyada böyük çöküş başlayıb.

Tunelin sonunda işıq görünmür

ABŞ artıq Aİ-na son və ən sarsıdıcı zərbəsini vurmağa hazırlaşır. Bu zərbə Ukraynadan sonra müharibə ocağını Aİ-nin mərkəzi ölkələrinə köçürməkdir. Bundan başqa İsrail-HƏMAS qarşıdurması da ABŞ üçün qaçırılmaz fürsətdir. Əslində bu qarşıdurma Aİ-yə çox acı bir qış yaşada bilər. Çünki, Yaxın Şərqdən Avropaya uzanan karbohidrogen idxalı hər an dayana bilər.

Bu isə Rusiya qazından imtinadan sonra Aİ-nin qarşılaya bilməyəcəyi bir zərbə ola bilər. Təsadüfi deyil ki, həm İran, həm də ABŞ Qəzza zolağında uzunmüddətli müharibənin olmasında maraqlıdır. Çünki uzanacaq müharibə həm ABŞ, həm də İran üçün bir çox sahələrdə güclü dividendlərlə nəticələnə bilər.

Amma bu münaqişə Ukrayna müharibəsinin Aİ-yə gətirdiyi bəlaları daha idarə olunmaz səviyyəyə gətirə bilər. Ona görə də bu ilki payız-qış mövsümü Aİ üçün bir növ ölüm-qalım savaşıdır. Bütün hallarda Aİ-nin bu mübarizədən üzü ağ çıxacağı heç də inandırıcı görünmür.

2022-ci ildə Çin ÜDM-i 30 trilyon 327 milyard dollar, ABŞ-sa 25 trilyon 463 milyard dollar çatıb. Bu ilin ilk yarısında həm Çin, həm də ABŞ iqtisadiyyatı böyüyüb. Aİ iqtisadiyyatı isə, 0,3 faiz kiçilib. Bu da o deməkdir 6 aydan sonra dünyada iki fövqəlgüc - ABŞ və Çin qalacaq. Aİ yəqin ki, yaza çıxa bilməyəcək. Aİ-nin çöküşü həm iqtisadiyyatda, həm də valyutada özünü göstərəcək.

Aİ-nın daha bir bəlası

Aİ-nin çöküşünü şərtləndirən digər amilsə ölkələr arasındakı iqtisadi imkanların bərabər bölünməməsidir. Bu həm də onun göstəricisidir ki, ümumi birliklər, məsələn, Aİİ, Aİ və digər bu kimi qurumlar indiki çətin iqtisadi mübarizə fonunda heç də effektiv deyil. İnfilyasiyanın və hərbi münaqişələrin dövründə ən optimal variant lokal və sürətli manevrlərdir. Aİ kimi bürokratik bir qurumda isə bu çeviklik görünmür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin