İsraildə “Tamar” qaz yatağı bağlandı

Hazırda oxunan: İsraildə “Tamar” qaz yatağı bağlandı

159062

İsrailin Energetika Nazirliyi “Chevron Mediterranean Limited” şirkətinə ölkənin şimal sahillərində yerləşən “Tamar” dəniz qaz yatağının bağlanması ilə bağlı göstəriş verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyinə şirkət nümayəndəsi bildirib.

Lakin bu bağlanmanın müvəqqəti olub-olmadığı göstərilmir və bu qərarın səbəbləri açıqlanmır.

Qeyd edək ki, yataq 2009-cu ilin yanvar ayında kəşf edilib. Rezervuar Hayfadan 90 kilometr qərbdə, dəniz səviyyəsindən 5 000 metr dərinlikdə yerləşir və 100 kvadrat kilometr ərazini əhatə edir. Hər 6 quyudan hasilat sutkada 7,1-8,5 milyon kubmetr təşkil edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin