Arvadını donuz zənn edib öldürdü – “Reaksiya gəlmədi, atəş açdım” - FOTO

Hazırda oxunan: Arvadını donuz zənn edib öldürdü – “Reaksiya gəlmədi, atəş açdım” - FOTO

15905

6 ay əvvəl Trabzonda bağçasına donuzun girdiyini və tapança ilə atəş açaraq həyat yoldaşını qətlə yetirən təqaüdçünün istintaqı davam edir.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Həvva Aktaşı öldürən Əhməd Aktaş hadisənin ehtiyatsızlıq səbəbindən olduğunu açıqlayıb:

 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş arvadını yandıran şəxsə 14 il həbs cəzası verildi


“Bağçada tərpəniş var idi. Səs saldım, reaksiya gəlmədiyi zaman atəş açdım. İstəmədən qəza oldu”.

Hadisə 2020-ci ilin 4 senytabrında Tonyanın Turalı məhəlləsində baş verib. 

Atəş açandan sonra evə gedən və həyat yoldaşını evdə tapmayan Əhməd Aktaş silahla arvadını vurduğunu anlayıb. Bağdakı yaşıllıqlar arasında arvadını qan içində tapan təqaüdçü təcili yardıma zəng edib. Hadisə yerinə gələn təcili tibbi yardım başından güllə dəyən qadının öldüyünü təyin ediblər. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin