Türkiyə silahlı qüvvələri Suriyanın şimalında hava əməliyyatı keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Əməliyyat zamanı terrorçuların 6 obyektinin məhv edildiyi bildirilib. Çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Qeyd olunub ki, əməliyyat zamanı günahsız dinc əhaliyə, tarix-mədəniyyət abidələrinə və ətraf mühitə zərər dəyməməsi üçün bütün ehtiyat tədbirləri görülüb.
Bizim.Media