Əfqanıstanın qərbində baş verən zəlzələdə azı 1000 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Erfanullah Şərəfzoiyə istinadən bildirib.
Qeyd edək ki, Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Herat şəhərindən 42 km şimal-qərbdə yerləşib. Ocağı 10 km dərinlikdə olub.
Bizim.Media