ABŞ prezidenti Co Bayden HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı başlatdığı "Əqsa tufanı" əməliyyatı ilə bağlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, Bayden ABŞ-ın İsrailin yanında olduğunu ifadə edib.
MÖVZU İLƏ BAĞLI:
Netanyahu: “Şəhərlərə soxulan silahlı radikallar məhv edilib” - VİDEO
"ABŞ İsrailin yanındadır və biz geri çəkilməyəcəyik. İsraillilərin üzərinə bir neçə saat ərzində minlərlə raket yağdırılıb. Günahsız mülki vətəndaşlar da öldürülüb.
Yaşlı insanlar HƏMAS tərəfindən əsir götürülüb. Netanyahu ilə telefon danışığım oldu və ona ABŞ-ın onun tərəfində olduğunu söylədim" - o deyib.
Bayden əlavə edib ki, İsrailin bu hücumlara qarşı özünü müdafiə etmək hüququ var.
Bizim.Media