“İsrail ordusu HƏMAS hədəflərinə zərbələr endirir”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, əməliyyatın birinci mərhələsi başa çatıb, şəhərlərə soxulan silahlı radikallar əsasən məhv edilib.
Baş nazir "davamlı və fasiləsiz" olacaq cavab hücumunun başladığını elan edib.
Qeyd edək ki, ölən israillilərin sayı artıq 300-ü keçib. İsrailin cənubunda fələstinli yaraqlıların girov saxladığı ilk qrup azad edilib. İsrail Qəzzada qapalı hərbi zona yaradıldığını vurğulayıb.
Bizim.Media