“Bu qara günün qisasını alacağıq. “Həmas”ın gizləndiyi bu pis şəhərin (Qəzzanı nəzərdə tutur red.) hər yerini xarabalığa çevirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.
O, Qəzza zolağının sakinlərinə müraciət edərək şəhəri tərk etmələrini istəyib:
“İsrail ordusu “Həmas”ı - Qəzza zolağında hökm sürən siyasi rejimi məhv etmək üçün bütün gücünü sərf edəcək. Odur ki, oradan qaçın. Qəzzanı xarabalığa çevirəcəyik”.
Bizim.Media