“Həmas” terror qruplaşması küçələrdə dinc sakinləri qətlə yetirir.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər telegram kanallarında yayılıb.
Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına start verilib. İsraildə mülki şəxslər arasında ölən və yaralananların olduğu bildirilir.
Eyni zamanda, “Həmas” silahlıları İsrail ərazisinə daxil olaraq, bir sıra hərbi və infrastruktur obyektlərinə hücum ediblər. İsrail Ordusunun xeyli sayda hərbçisinin həyatını itirdiyi və əsir alındığı ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media