Tayvanın cənubunda həyatı iflic edən “Koinu” qasırğası hələ də davam edir.
Bizim.Media xəbər veir ki, ölkə rəsmiləri 190 nəfərin xəsarət aldığı, ölənlərin olmadığı, eləcə də bir sıra binaların və evlərin zərər gördüyü barədə məlumat verib.
Xilasedicilər təhlükəli ərazilərdən üç minə yaxın insanı təxliyə edib. Ölkənin əksər şəhərlərində iş və dərslər təxirə salınıb. Paytaxt Taybey təbii fəlakətdən zərər çəkməyib.
Qeyd edək ki, oktyabrın 3-də Tayvanın Mərkəzi Meteorologiya İdarəsi “Koinu” qasırğasının yaxınlaşması ilə əlaqədar fırtına xəbərdarlığı edib.
Bizim.Media