Dövlət Departamenti: “Ermənilərin Los-Ancelesdəki təxribatı araşdırılacaq” - VİDEO

Hazırda oxunan: Dövlət Departamenti: “Ermənilərin Los-Ancelesdəki təxribatı araşdırılacaq” - VİDEO

157785

ABŞ Dövlət Departamenti “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyə nümayəndələrinə qarşı insidenti təhqiq etmək üçün Los-Anceles Polis İdarəsi ilə birlikdə işləyir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamenti “TRT Haber”in erməni radikallarının Kaliforniya ştatının Los-Anceles şəhərindəki təxribatı ilə bağlı sorğusuna cavab olaraq bildirib.

“Sentyabrın 29-da Cənubi Kaliforniya Universitetinin təşkil etdiyi tədbirdə Türkiyə səfirinin də iştirakçısı olduğu insidentlə bağlı hesabatlardan xəbərdarıq. Biz diplomatların təhlükəsizliyinə dair qəti öhdəliyimizi bir daha bəyan edirik və diplomatiya aparan şəxslərin təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik”, - xarici siyasət idarəsi telekanala açıqlayıb.

Xatırladaq ki, sentyabrın 29-da radikal erməni diasporunun üzvləri ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərindəki Cənubi Kaliforniya ştatında keçirilən “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransına basqın edərək nifrət nitqləri söyləyib, təhqiramiz ifadələr işlədiblər. Tədbirdə azərbaycanlı və türkiyəli yüksəkranqlı diplomatlar iştirak ediblər.

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin