\"Human Rights Watch\" Bərdəyə qadağan olunmuş raketlərin atdığını təsdiqləyib

Hazırda oxunan: \"Human Rights Watch\" Bərdəyə qadağan olunmuş raketlərin atdığını təsdiqləyib

1577

"Human Rights Watch" Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli roketlərlə zərbələr endirdiyini təsdiqləyib.

Bizim.Media bildirir ki, təşkilat bu barədə özü açıqlama yayıb.

Açıqlamada deyilir ki, Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə hücumda istifadə olunan beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü atıb və ya atılması üçün təmin edib.

“Hücumda ən azı 21 mülki şəxs ölüb və ən azı 70 nəfər yaralanıb. "Human Rights Watch" kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib".

Qeyd edək ki, "Amnesty İnternational" təşkilatı da Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı kasetli raketlərdən istifadə etdiyini təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin