BMT həyəcan təbili çaldı - «Bu prosses əhalinin ərzaq təminatına təsir edir»

Hazırda oxunan: BMT həyəcan təbili çaldı - «Bu prosses əhalinin ərzaq təminatına təsir edir»

15769

BMT Baş Assambleyasının təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin su ilə əlaqədar Məqsəd və Hədəflərinin icrası" mövzusunda iclas keçirilib.

“Azərsu” ASC-dən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə 86 ölkədən dövlət və hökümət başçıları, nazirlər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak edib.

İclasa bəzi iştirakçılar onlayn şəkildə qoşulub. İclasda qlobal su problemi və perspektiv hədəflər ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın təşəbbüsü ilə BMT-də qətnamə qəbul edildi


Bildirilib ki, son illər müşahidə olunan qlobal iqlim dəyişmələri şirin su ehtiyatlarının azalmasına, bu da öz növbəsində əhalinin ərzaq təminatına və ekoloji təhlükəsizliyə birbaşa təsir göstərir.

Su ehtiyatlarının artırılması, təmizlənmiş sulardan təkrar istifadə istiqamətində tədqiqatlar və praktiki işlərin görülməsinin vacibliyi vurğulanıb.

Konfransda Azərbaycan Respublikası adından “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov çıxış edərək ölkəmizin su ehtiyatları və içməli su təchizatı sektorunda  görülmüş işlər barədə məlumat verib.

O, işğaldan azad olunmuş ərzilərdə infrastrukturun bərpası işlərinə başlanıldığını bildirən S.Seyidov yeni içməli su infrastrukturunun yaradılması layihələrində mütərəqqi texnologiyaların tətbiqinə xüsusi önəm veriləcəyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin