Şimali Koreya cümə axşamı səhər Yaponiya istiqamətində iki ballistik raket atıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətinə istinadən xəbər verib.
MÖVZU İLƏ BAĞLI:
Şimali Koreya XİN-i Kim Çen İnin vəzifəsinə aydınlıq gətirdi
Agentliyin məlumatına görə, raketlər Yaponiyanın ərazi suları və iqtisadi zonası xaricinə düşüb. Maddi ziyan barədə məlumat verilməyib.
Yaponiyanın Baş naziri Yosihide Suqa, raket atışlarını kəskin şəkildə qınayıb:
“KXDR bu cür hərəkətləri ilə Yaponiyanın və ətraf bölgənin sülh və təhlükəsizliyini təhdid edir",- deyə o vurğulayıb.
Bizim.Media