Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək

Hazırda oxunan: Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək

157215

Türkiyədən Rumıniyaya gündə 4 milyon kubmetrə qədər təbii qaz ixracına dair razılıq əldə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BOTAŞ şirkəti yayıb.

Qeyd edilib ki, şirkət qarşıdakı 3 ildə Türkiyənin ilk 10 ixracatçısı arasında yer almağı hədəfləyib.

Xatırladaq ki, BOTAŞ bölgənin ən böyük enerji şirkətlərindən biri olan OMV Petrom ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən 2025-ci il martın 31-də gündə 4 milyon kubmetrə qədər təbii qazın tədarükü nəzərdə tutulur. Müqavilə çərçivəsində Türkiyədən boru kəmərləri ilə Rumıniyaya təbii qaz ixracı oktyabrın 1-də başlayacaq.

Açıqlamada tərəflərin bir sıra məsələlər, eləcə də təbii qaz ticarəti sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldiyi bildirilir. Bundan başqa BOTAŞ yeni ixrac müqavilələri üçün bir çox ölkə və şirkətlə danışıqlarını davam etdirir.
Qeyd edək ki,Türkiyə avqustda Macarıstanla, yanvarda isə Bolqarıstanla təbii qaz ixracı müqaviləsi imzalayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin