Zurabişvili hökumətin icazəsi olmadan bu ölkələrə səfər etdi

Hazırda oxunan: Zurabişvili hökumətin icazəsi olmadan bu ölkələrə səfər etdi

156959

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə hökumətindən icazə almadan Latviya, Litva və Estoniyaya səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

“Salome Zurabişvilinin Baltikyanı ölkələrə səfər etmək icazəsi yox idi”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd edək ki, sentyabrın 25-də Zurabişvili administrasiyası Gürcüstan liderinin Baltikyanı ölkələrə səfərə getdiyini açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan lideri Berlin, Brüssel və Parisə səfər edib, burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, respublika hökuməti onun həmin səfərlərinə razılıq verməyib.

Bu, Zurabişvilini ölkənin fundamental qanunlarını pozmaqda ittiham edilməsi və onunla bağlı impiçment proseduruna başlanılmasına səbəb olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin