Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda həbsdə olan Nikita Juravelin döyülməsinin videoyazısını öz sosial şəbəkə səhifəsində paylaşıb.
Bizim.Media xəbər verir ki, o, məhbusun oğlu Adam Kadırov tərəfindən döyüldüyünü etiraf edib və gəncin hərəkətinə haqq qazandırıb.
“Döyüb və düzgün edib. Üstəlik, mən hesab edirəm ki, hər hansı bir müqəddəs kitaba qəsd edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəza almalıdır”, deyə Ramzan Kadırov yazıb.
Xatırladaq ki, Juravel Quranın yandırılmasına görə həbs olunub.
Bizim.Media