Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bu ölkənin Qəhrəmanı adına layiq görülüb.
Bizim.Media xəbər verir ki, "Türkmənistan. Qızıl əsr" rəsmi nəşrinin yazdığına görə, dövlət başçısı onu ölkənin müstəqilliyinə və inkişafına verdiyi töhfəyə görə alıb.
Nəşrin məlumatına görə, bazar günü Türkmənistan Xalq Maslaxatının (Xalq Şurasının) iclası zamanı Berdiməhəmmədova Türkmənistan Qəhrəmanı adının verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
Təntənəli mərasimdə ölkə parlamentinin sədri Dünyagözəl Gülmanova “Türkmənistan Prezidenti Berdiməhəmmədov Sərdar Qurbanquliyeviçə Türkmənistan Qəhrəmanı adının verilməsi haqqında” ölkə parlamentinin qərarını oxuyub.
Sənədə əsasən, dövlət başçısı bu ada ölkənin milli müstəqilliyinin əsaslarının, onun bitərəfliyi prinsiplərinin möhkəmləndirilməsində böyük şəxsi xidmətlərinə, dövlətin dinamik inkişafında, beynəlxalq nüfuzunun möhkəmləndirilməsində xüsusilə müstəsna xidmətlərinə, dövlətlər və xalqlar arasında əməkdaşlığın, dostluğun və qardaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərlə görə layiq görülüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:22 / 24.09.2023
Sərdar Berdiməhəmmədov Türkmənistan Qəhrəmanı adına layiq görüldü
Hazırda oxunan: Sərdar Berdiməhəmmədov Türkmənistan Qəhrəmanı adına layiq görüldü
Hazırda oxunan: Sərdar Berdiməhəmmədov Türkmənistan Qəhrəmanı adına layiq görüldü
156792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.