Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci iclasında çıxış edib.
Bizim.Media xəbər verir ki, Lavrov Avropa İttifaqı və ABŞ-ı tənqid edib.
O qeyd edib ki, Aİ və ABŞ Cənubi Qafqazda sabitliyi pozur: “Onlar öz vasitəçilik səylərini Ermənistan və Azərbaycana sırımağa çalışırlar”.
Bundan əlavə Lavrov qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda dinc həyatın bərqərar olmasına hər cür töhfə verəcəklər.
Bizim.Media