Metyu Brayza: “Artıq sülh prosesinə heç bir hərbi maneə yoxdur” – EKSKLÜZİV 

Hazırda oxunan: Metyu Brayza: “Artıq sülh prosesinə heç bir hərbi maneə yoxdur” – EKSKLÜZİV 

156351

 “Düşünürəm ki, Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda apardığı bu son antiterror tədbirləri sülh müqaviləsi üçün böyük imkan yaradıb. Çünki bunlar yalnız hərbi infrastrukturu hədəf alan dəqiq, məhdud əməliyyatlar idi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Azərbaycanın antiterror tədbirlərini və Qarabağın erməni sakinləri ilə Bakının təmaslara başlamasını şərh edən diplomat, üçtərəfli bəyanatdan sonra Qarabağda separatçıların qalmasının hərbi əməliyyatları labüd etdiyini bildirib:

“Onlar (Azərbaycan ordusu) Qarabağda, Azərbaycan ərazisində qanunsuz erməni hərbi qüvvələrini məğlub etməyə müvəffəq olublar. 2020-ci ilin noyabrında imzalanan bəyanatdan sonra davamlı sülh üçün ən böyük təhlükəni Ermənistan yaratmışdı. Söhbət Ermənistan qoşunlarının oradakı mövcudluğundan gedir.

Beləliklə, indi erməni separatçı qruplaşmaları təslim olur. Silahlı dəstələr ərazini tərk edir. Əslində Ermənistan qoşunlarının Qarabağda olmadığını desə də, bunun yalan olduğu bilinir. Bu proselər bitdiyi üçün, artıq sülh prosesinə heç bir hərbi maneə yoxdur.
Onu da nəzərə alın ki, Baş nazir Paşinyan bu hərbi əməliyyatlar zamanı onlara (Qarabağdakı seperatçılara) heç bir hərbi dəstək göstərməyib. Mən hesab edirəm ki, bu, onun Prezident İlham Əliyevlə sülh müqaviləsi bağlamaq istəyini əks etdirir”.

Azərbaycanla Qarabağın erməni sakinləri arasındakı dialoqu müsbət qiymətləndirən keçmiş səfir, bir çox problemlərin geridə qaldığını vurğulayıb:

“Məncə, Azərbaycanın illərlə diplomatiyaya yanaşma tərzi də belədir. Azərbaycan vətəndaşları Qarabağdakı evlərinə qayıtmaq istəyir. Hesab edirəm ki, yaşananlar Azərbaycanın etnik təmizləmə və ya soyqırımı planlaşdırdığına dair isterik iddialar irəli sürən insanların sadəcə olaraq yanlış olduğuna açıq sübutdur.

Ona görə də, indi Yevlaxda gedən danışıqlar çox vacibdir. Elə bir yol tapsınlar ki, Qarabağdakı etnik ermənilər özlərini təhlükəsiz hiss etsinlər. Onların siyasi, iqtisadi və mədəni hüquqlarının Azərbaycan tərəfindən qorunacağını, Azərbaycan vətəndaşları kimi sülh şəraitində yaşaya biləcəklərini hiss etsinlər. Amma bu, çətin danışıqlar olacaq”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin