Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının Həftəsi başlayır

Hazırda oxunan: Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının Həftəsi başlayır

155870

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi açılacaq.

Bizim.Media xəbər verir ki, tədbir Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Fransisin və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin çıxışları ilə başlayacaq.

Bu tədbir ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən dövlət başçılarını, Baş nazirləri, xarici işlər nazirlərini, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir.

Koronavirus pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq Yüksək Səviyyəli Həftə sanitar məhdudiyyətlər olmadan keçirilir. İştirakçılardan bütün tədbirlərdə şəxsən çıxış etmələri tələb olunur, videomüraciətlərə icazə verilmir.
Qeyd edək ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin