Avropa İttifaqına üzv ölkələrin nümayəndələrindən ibarət Avropa Şurası təbii fəlakətlərlə bağlı Türkiyə, İtaliya və Rumıniyaya ümumilikdə 454,8 milyon avroluq yardım göstərilməsi ilə bağlı Avropa Komissiyasının təşəbbüsünü təsdiqləməyə razılıq verib.
Bizim.Media xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin məbləğin 400 milyon avrosu cari ilin fevralında baş verən Kahramanmaraş zəlzələsindəki dağıntılara görə Türkiyəyə, 33,9 milyon avrosu 2022-ci ildə quraqlıqdan əziyyət çəkən Rumıniyaya, 20,9 milyon avrosu isə 2022-ci ilin sentyabrında daşqınların baş verdiyi İtaliyaya yönəldiləcək.
O, Avropa İttifaqı büdcəsinin həmrəylik və təcili yardım üçün ayrılmış hissəsindən ödəniləcək və Avropa Parlamenti və Avropa Şurasının yekun təsdiqdən sonra veriləcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində dağıdıcı zəlzələ baş verib. Ölkənin 10 vilayətində böyük dağıntılara səbəb olan təbii fəlakət nəticəsində 50 mindən çox insan həlak olub. Zəlzələdən sonra regionda 20 mindən çox afterşok qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:54 / 18.09.2023
Aİ Türkiyəyə 400 milyon avro yardım ayıracaq
Hazırda oxunan: Aİ Türkiyəyə 400 milyon avro yardım ayıracaq
Hazırda oxunan: Aİ Türkiyəyə 400 milyon avro yardım ayıracaq
155816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.