"Moskvada qələbə paradını keçirə bilməyəcəyik" - Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi

Hazırda oxunan: "Moskvada qələbə paradını keçirə bilməyəcəyik" - Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi

155714

"Ukrayna Moskvada qələbə paradını keçirə bilməyəcək, Rusiya təslim olmayacaq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov "The Economist"ə müsahibəsində bildirib.

“Biz başa düşürük ki, müharibəni Moskvada qələbə paradı ilə bitirməyəcəyik. Lakin Moskva belə bir tədbirin Kiyevdə keçirilməsinə də heç vaxt ümid etməməlidir”, deyə o, qeyd edib. 

Onun sözlərinə görə, Rusiyanın heç bir strateji ehtiyatı yoxdur, iqtisadiyyatı yalnız 2025-ci ilə qədər davam gətirəcək:

"Silah axını 2026-cı ildə, bəlkə də daha tez dayanacaq. Uzun müharibə Ukrayna üçün təhlükəlidir. Biz kənar oyunçulardan asılıyıq. Rusiya isə böyük ölçüdə özündən asılıdır".

Kirill Budanov dronların müharibədə aparıcı rolundan da danışıb:

"Bu aparatlar ərazilərimizin azad edilməsi əməliyyatlarını asanlaşdıracaq".

"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Federasiyasının gözlənilən qış hücumlarının qarşısını almağa çalışır", deyə o vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin