Ukrayna Qərb ölkələrindən 43 milyard dollar büdcə yardımı gözləyir

Hazırda oxunan: Ukrayna Qərb ölkələrindən 43 milyard dollar büdcə yardımı gözləyir

155646

Ukrayna 2024-cü ildə büdcə kəsirini ödəmək üçün Qərb ölkələrindən 43 milyard dollar yardım gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Büdcə komitəsinin sədri Roksolana Pidlasa bildirib.

O qeyd edib ki, 2024-cü il Ukrayna büdcəsinin məxaricinin gəlirindən iki dəfə çox olacağı üçüncü il olacaq.

Bütün qeyri-müdafiə xərcləri, sosial, humanitar, yenidənqurma, infrastruktur, hər şey büdcə kəsiri sahəsinə düşür. Büdcə kəsiri beynəlxalq tərəfdaşların vəsaitləri, kreditlər və qrantlar hesabına ödənilir. Hökumət danışıqlar aparacaq ki, gələn il Qərb ölkələrindən 43 milyard dollar alaq”, - deyə komitə sədri qeyd edib.
Pidlasa izah edib ki, gələn ilin büdcəsində beynəlxalq büdcə yardımı 1 dollar üçün 41,1 qrivna səviyyəsində hesablanıb, halbuki hazırda Ukrayna Milli Bankının sabit məzənnəsi 1 dollar üçün təxminən 36,6 qrivnadır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin