Çeçenistan rəhbəri Ramzan Kadırov gəzintidən video yayımlayıb. O, xəstəliyi və ölümü ilə bağlı şayiələrə cavab verib.
Bizim.Media bu barədə informasiyanı “Rambler” yayıb.
“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı şiddətlə tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır”, deyə o bildirib.
Qeyd edək ki, son iki gündə Rusiyadan kənarda yerləşən bir sıra xarici agentliklərdə məlumat yayılıb ki, Çeçenistan rəhbəri guya böyrək problemi ilə bağlı müalicə aldığı xəstəxanadadır. Hətta onun komada olduğunu deyənlər də var.
Bizim.Media