Rusiyanın hakim “Vahid Rusiya” partiyasından olan deputat Yevgeni Fyodorov Dövlət Dumasına SSRİ-nin keçmiş sərhədləri daxilində bərpasını təklif edən qanun layihəsi hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Focus” nəşri məlumat yayıb.
Fyodorov öz mövqeyini öncə belə əsaslandırır ki, keçmiş SSRİ-nin tərkibində olmuş müstəqil dövlətlərin ərazisində hər zaman müxtəlif münaqişələr baş verir:
“Ona görə də Rusiya bu ölkələrin hər biri ilə döyüşməli olsa belə, onları yenidən Moskvanın nəzarətinə qaytarmaq məntiqlidir”.
Deputat ardınca iddia edib ki, guya sabiq müttəfiq respublikalar SSRİ-ni qanunsuz tərk edib və buna görə də Rusiyanın onları geri qaytarmaq hüququ var:
“Ukraynanın hazırkı işğalı belə qayıdışın başlanğıcıdır”.
Onun fikrincə, keçmiş İttifaq respublikaları Rusiya Federasiyası ilə münaqişə vəziyyətində olub və gələcəkdə də münaqişədə olacaqlar.
“Bu məsələləri yoluna qoymaq üçün Rusiya hamı ilə vuruşacaq. SSRİ-nin bütün ərazisi qeyri-sabitdir. Ətrafda hərbi əməliyyatlar gedir. Ukrayna ilə bağlı hekayə artıq yüzüncüdür. Bundan əvvəl Tacikistan, Dnestryanı, Gürcüstan və digər konfliktlər var idi.
Bu o deməkdir ki, 90-91-ci il qanununun pozulması daimi qarşıdurmalara səbəb olub. Onları dayandırmaq üçün biz əsasa – qanunun mövqeyinə qayıtmalı olacağıq”, - Fedorov faktiki postsovet ölkələrini hədələyib.
Rus deputatın Litvaya qarşı da iddiaları var. Onun fikrincə, Litva NATO-nun üzvü olmamalıdır. Və əlavə edib ki, SSRİ sərhədlərinin bərpası məsələləri ilə xüsusi hüquqşünaslar məşğul olmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:44 / 17.09.2023
“SSRİ-ni müharibə ilə də olsa, bərpa etməliyik” - Rusiyalı deputat
Hazırda oxunan: “SSRİ-ni müharibə ilə də olsa, bərpa etməliyik” - Rusiyalı deputat
Hazırda oxunan: “SSRİ-ni müharibə ilə də olsa, bərpa etməliyik” - Rusiyalı deputat
155603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.