Ümumdünya Səhiyyə Təşkilatında mübahisə: “Virusun üç səbəbindən hansı düzdür?”

Hazırda oxunan: Ümumdünya Səhiyyə Təşkilatında mübahisə: “Virusun üç səbəbindən hansı düzdür?”

15534

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin son nəticələrinə görə, koronavirusun yaranma səbəbi Çində vəhşi heyvan ticarətindən qaynaqlanır. Bu barədə Bloomberg məlumat yayıb.

Bizim.Media nəşrə istinadən xəbər verir ki, müvafiq hesabat bu həftə dərc olunacaq.  

Hesabat yanvar-fevral aylarında Çinin Uhan şəhərində  səfərdə olan  ÜST mütəxəssislərinin araşdırmalarına əsaslanır.

Sənəddə hələ yekun olmayan nəticələr təqdim ediləcək. ÜST-ün fikrincə, yeni koronavirus mənşəyinə görə kəskin tənəffüs sindromuna (SARS) bir çox xüsusiyyətlərində bənzəyir. SARS virusu insanlara yarasalar tərəfindən yoluxdurulub.

Bundan başqa ÜST mütəxəssisləri SARS-CoV-2 koronavirusunun xüsusiyyətlərinə görə bir neçə əsas fərziyə yürüdüblər.

Virusoloqların fikrincə, koronavirus bir heyvandan, dondurulmuş qidadan və laboratoriyada yaradılan süni virusdan qaynaqlana bilər.

Lakin bəzi mütəxəssislər virusun yarasalardan birbaşa Uhan dəniz məhsulları bazarından dünyaya yayılması fərziyəsini rədd edirlər. Bundan əlavə, tədqiqatçılar koronavirusun süni mənşəli və laboratoriyadan yayılan virus olması barədə də şübhə edirlər. 

Çin özü virusun çirklənmiş qida ilə yayılması barədə ehtimal irəli sürüb.

Ancaq  pandemiyanın yayılmasının ən başlıca səbəbi kimi Uhandakı “Huanan” dəniz məhsulları bazarında vəhşi heyvanların satışı versiyası bu gün üçün də ən aktualıdır. ÜST-nin ekspert qrupuna daxil olan Sidneydən olan mikrobioloq Dominik Duayer, virusun bazarda satılan vəhşi heyvandan yayılması versiyasını daha uyğun sayır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin