İran Ermənistan və ABŞ-ın birgə təlimini tənqid etdi

Hazırda oxunan: İran Ermənistan və ABŞ-ın birgə təlimini tənqid etdi

155102

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

İran XİN başçısı Mirzoyanla telefon danışığında Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq regionda hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirib.

Xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən 3+ 3 formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin