Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində iki ballistik raket buraxıb.
Bizim.Media Bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi xəbər yayıb.
Məlumata görə, raketlər təxminən 350 və 650 km məsafəni qət edib.
Yaponiya hökuməti isə ballistik raketlərin buraxılması ilə bağlı Şimali Koreyaya etiraz edib.
Bunu Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
Qeyd edək ki, Şimali Koreya ilin əvvəlindən 20 raket buraxılışı həyata keçirib.
Bizim.Media