Myanmada hərbi çevrilişə və qanuni hökumətin üzvlərinin tutulmasına qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı 247 nəfərə çatıb.
Bizim.Media “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, son sutkada bu etirazlarda daha 23 nəfər ölüb.
MÖVZU İLƏ BAĞLI:
Myanmada etirazlarda 6 nəfər öldü - Polis silaha əl atır
Bir sıra böyük şəhərlərdə təhlükəsizlik qüvvələri etirazları dağıtmaq üçün döyüş güllələrindən istifadə edib.
Qeyd edək ki, sözügedən aksiyalarda 2345 etirazçı da saxlanılıb.
Bizim.Media